Bu gün:

Aqata Kristi kimdir ?


Detektiv romanları deyincə ağıla ilk gələn ad Aqata Kristi 15 sentyabr 1890-cı ildə İngiltərədə anadan olub. O, atasını erkən itirib və anası tərəfindən böyüdülüb. Evdə təhsil alan və 16 yaşında hekayələr yazmağa başlayan Aqata Kristi ilk yazmağa başlayanda emosional hekayələr yazırdı. Sonrakı illərdə ailə quran Aqata, Fransada yaşamağa başlamışdır. Burada detektiv mövzulu hekayələri oxumağa başlayanda daha yaxşılarını yazacağını düşünərək detektiv dünyasına addım atmışdır. Romanlarında fantastikası və axını kifayət qədər maraqlı olan yazıçı dünya şöhrəti qazanıb, əsərləri saysız-hesabsız dillərə tərcümə olunub. Dedektiv romanların əsas personajlarından biri olan detektiv Puaro obrazı bir çox filmlərə ilham verib və hekayələri filmlərə uyğunlaşdırılıb. Detektiv romanlarla yanaşı, təxəllüsü ilə məhəbbət romanları da yazan yazıçı 1976-cı il yanvarın 12-də dünyasını dəyişib.

Mənbə: Milliyət
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et