Bu gün:

Sezai Karakoç kimdir?


Türk ədəbiyyatının dəyərli adlarından olan Sezai Erkoç 1933-cü il yanvarın 22-də Diyarbakırda anadan olub. Şair, yazıçı və siyasətçi olan Karakoç ibtidai məktəb illərini doğulduğu şəhərdə keçirib. Orta məktəb həyatını müxtəlif şəhərlərdə internatda davam etdirib. Universitetdə fəlsəfə oxumaq üçün İstanbula gəlib. Lakin şəraitə görə istədiyi ixtisas yerinə Ankara Universitetinin Siyasi Elmlər fakültəsinə qəbul olunub və oranı bitirib. Universitetdən sonra bir müddət Maliyyə Nazirliyində işləyib. Ömrü boyu şeirlə maraqlanan ədəbiyyat adamı təhsili boyu şeir yazmağa davam edib. Ənənəvi poeziyanı müasir yanaşma ilə şərh edən şair 2021-ci il noyabrın 16-da xəstəlikdən dünyasını dəyişib.

Ən məşhur əsərləri bunlardır :
Monna Rosa

Şahdamar-Körfez-Sesler

Hızırla Kırk Saat

Taha'nın Kitabı, Gül Muştusu

Zamana Adanmış Sözler

Ayinler/Çeşmeler

Leylâ ile Mecnun

Ateş Dansı

Alınyazısı Saati

Gün Doğmadan

Mənbə: Milliyet
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et