Bu gün:

Gözləmə psixologiyası



Gözləmə psixologiyası nədir?

Bir insanın "gözləmə" anlayışını daxil olduğu mühitdə qavradıqlarının hansı formasiyalara səbəb ola biləcəyi ilə bağlı münasibəti və gözləntisi kimi qiymətləndirə bilərik. Gözləntilər qaçınılmaz və gündəlik həyatın vacib elementləridir. İnsanlar stereotiplər formalaşdırır, bunların hədəfi olan insanlar və ya qruplar haqqında müxtəlif gözləntilərə sahib olurlar. Stereotiplər qrup və onun üzvlərinin malik ola biləcəyi keyfiyyətlərlə bağlı vacib gözlənti mənbəyidir. 


Gözləmə effekti 

Fərdlərin şüursuz şəkildə apardıqları bəzi mühakimələr nəticəsində bu gözləntilərin təsirini görmək mümkündür. Bu təsirlər müxtəlif sahələrdə müşahidə edilmişdir. Özünü həyata keçirən təxmin və ya “piqmalion effekti” də adlandırılan bu anlayış, bir müddət sonra digər fərdlərin (xüsusilə də, özündən hər hansı bir baxımdan üstün gördüyü insanların) gözləntiləri ilə üst-üstə düşən davranış sərgiləməsi kimi izah edilə bilər.

Sosial psixologiyada ilkin olaraq real olmayan vəziyyətlə bağlı gözləntilərin gerçəkləşməsi və gözlənilən davranışın reallığa çevrilməsi prosesi "Self-fulfilling prophecy" nəzəriyyəsi kimi müəyyən edilir. Mövcud olmayan vəziyyət reallığa çevrilir. Başqa sözlə, insan öz peyğəmbərliyini yerinə yetirir.


Mənbə: DoktorTakvimi

Tərcümə etdi: Aminə Paşazadə 


Paylaş
Şərh əlavə et