Rəsmi məlumata görə, Əfqanıstanın mərkəzi hissəsində yeni başlayan güclü yağış və daşqınlar nəticəsində azı 60 nəfər həlak olub.

Hadisə haqqında şənbə günü Qor əyalətinin qubernatorunun sözçüsü Əbdül Vahid Həmas məlumat verib. Onun sözlərinə görə, əyalətin paytaxtı Feroz Koh da daxil olmaqla, cümə günü daşqınlar nəticəsində əyalət əhəmiyyətli maliyyə itkilərinə məruz qalıb, minlərlə ev və mülkə ziyan dəyib, yüzlərlə hektar kənd təsərrüfatı sahəsi məhv olub.
Zərər çəkmiş qərb əyalətində azı 50 nəfərin öldüyü bildirilir. Ökənin şimalındakı Fərayab əyalətində 18 nəfər ölüb, daha iki nəfər yaralanıb, bununla da ölənlərin sayı 68-ə çatıb. Əmlak və torpaq sahəsinə də ziyan dəydiyi, 300-dən çox heyvanın öldüyü bildirilir.
Ötən həftə ölkə daxilində leysan yağışlar nəticəsində yaranan daşqınlara 315 nəfərin ölümü, 1600-dən çox insan yaralanması ilə nəticələnib.

Əfqanıstan Hərbi Hava Qüvvələrinin istifadə etdiyi helikopter çərşənbə günü Qor vilayətində çaya düşən insanların cəsədlərini çıxarmaq cəhdləri zamanı “texniki problemlər” səbəbindən qəzaya uğrayıb, nəticədə bir nəfər ölüb, 12 nəfər yaralanıb.
Ümumdünya Ərzaq Təşkilatı bildirib ki, sağ qalanlar evsiz, torpaqsız və dolanış mənbəyi olmadan yaşamağa məhkum vəziyyətdədir. Ərazilərin çox hissəsi "yük maşınları üçün əlçatmazdır" deyən "WFP" sağ qalanlara yemək çatdırmaq üçün bütün mümkün yollara əl atdıqlarını hər söyləyib.
Əfqanıstan təbii fəlakətlərə meyllidir və BMT onu iqlimin problemlərinə ən həssas olan ölkələrdən biri hesab edir. Taliban 2021-ci ildə xarici qüvvələr ölkəni tərk etdikdən sonra hökumət maliyyəsinin əsasını təşkil edən inkişaf yardımı kəsildiyi üçün ölkə yardım çatışmazlığı ilə mübarizə aparır.
Mənbə: theguardian.com
Tərcümə etdi: Bənövşə Bağırova
