Bu gün:

Nərgiz Məhəmmədi həbs təhlükəsi ilə qarşı-qarşıyadır


Həbsdə olan İranlı Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi deyib ki, o, təhlükəsizlik qüvvələrini qadınlara cinsi təcavüzdə ittiham etdiyinə görə onu yeni məhkəmə prosesi gözləyir.

Saxlanıldığı evin həbsxanasından göndərdiyi mesajda xanım Məhəmmədi deyib ki, məhkəmə prosesi İran rejiminin “qadınlara qarşı genişmiqyaslı müharibəni” pislədiyi audio yazıya görə baş tutacaq. 

Xanım Məhəmmədi bir neçə dəfə məhkum olunduğuna görə 12 ildən artıq həbsdə olub.

Onun vəkili Mustafa Nili bildirib ki, məhkəmə “İslam Respublikasına qarşı təbliğat aparmaq” kimi yeni ittihamları müzakirə etmək üçün bazar günü toplanacaq. 

Mənbə: BBC

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et