Bu gün:

Məhəmməd Rəsulov İranı tərk etdi


Kinorejissor Məhəmməd Rəsulov " The Guardian" qəzetinə müsahibəsində deyib ki, milli təhlükəsizlik ittihamı ilə İranda həbs olunmamaq "yorucu və son dərəcə təhlükəli" sərhəddi keçərək ölkəni tərk edib.

Rəsulov bazar ertəsi bildirib ki, məhkəmə onu yeni filmi–"Müqəddəs əncirin toxumu"na görə səkkiz il həbs cəzasına məhkum edib. 

Tez-tez ölkə hakimiyyətinin hədəfinə çevrilən aparıcı İran rejissoru "The Guardian"-a cümə günü dərc olunan müsahibəsində Almaniyada sığınacaq tapdığını və gələn həftə filmin Kann premyerasına qatılaca biləcəyinə ümid etdiyini bildirib.

Film Tehranda siyasi iğtişaşlar zamanı hakimin mübarizəsindən bəhs edir.

Rəsulov İngiltərə qəzetinə deyib ki, "çox yaxında" evə dönəcəyini gözləsə də, ayrılmaqdan başqa "seçimi yoxdur".

O, "Mənim missiyam İranda baş verənlər və iranlılar olaraq ilişib qaldığımız vəziyyət haqqında reallığı çatdırmaqdır"– deyib. 

Mənbə: voanews.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et