Bu gün:

Tehran Omanda Vaşinqton ilə danışıqlar aparır


Tehranın Omanda Vaşinqtonla dolayı danışıqlar apardığını İranın BMT-dəki nümayəndəsi təsdiqləyib.

İranın Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani İranın ABŞ-ın Omandakı nümayəndələri ilə dolayı danışıqlar apardığını təsdiqləyib.

İranın İRNA agentliyi İrəvaniyə istinadən bildirib ki, İrəvani danışıqların "davam edən bir proses" olduğunu və " bu cür danışıqların nə ilk, nəd də sonuncu olmayacağını" dedi.

Diplomat Amerikanın Axios portalının mayın 18-də dərc etdiyi məlumatı şərh edib. Dolayı danışıqlar o deməkdir ki, iranlı və amerikalı diplomatlar Omanın nümayəndələri vasitəsilə ünsiyyət qururlar.

Axios mənbələrə istinadən xəbər verir ki, Bayden administrasiyasının iki yüksək səviyyəli rəsmisi bu həftə Omanda regional hücumun şiddətlənməsinin qarşısını almaq üçün İran rəsmiləri ilə dolayı danışıqlar aparıb.

Məsləhətləşmələr zamanı “ABŞ-ın İranın nüvə proqramının statusu ilə bağlı narahatlıqları” da müzakirə olunub.

Sonuncu İran-ABŞ danışıqları 5 ay əvvəl Maskotda baş tutub. Portal may ayında iclasının aprelin 13-də İranın İsrail ərazisinə kütləvi hücumundan sonra ilk dəfə keçirildiyini vurğulayıb.

Aprelin 18-də İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian deyib ki, aprelin 1-də İsrail Hərbi Hava Qüvvələrinin İranın Dəməşqdəki səfirliyinin konsulluq bölməsini atəşə tutmasına cavab olaraq Tehran diplomatik kanallar vasitəsilə Vaşinqtonu İsrailə qarşı gözlənilən hücumla bağlı xəbərdar edib.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et