ABŞ qüvvələri İranın beş neft tankerini hədəfə alıb, onlardan birini batırıb. Tehran buna cavab olaraq İordaniyadakı ABŞ bazası istiqamətində ballistik raketlər buraxıb.

İordaniya Silahlı Qüvvələrinin nümayəndəsi 20 raketdən 18-nin zərərsizləşdirildiyini, ikisinin isə yaşayış olmayan ərazilərə düşdüyünü bildirib.
İran tərəfi isə Hörmüz boğazında iki ABŞ gəmisinin və səkkiz neft tankerinin hədəfə alındığını açıqlayıb.
Son bir həftədə qarşılıqlı zərbələrin intensivləşməsi fonunda Asiya birjalarında neftin qiyməti yüksəlib. “Brent” neftinin qiyməti 1,5 faiz artaraq 99,35 dollara, ABŞ neftinin qiyməti isə 94,23 dollara çatıb.
ABŞ Dövlət Katibi Marko Rubio İranın ABŞ hərbi gəmilərinə hücum etməyə çalışacağı təqdirdə tankerlərini itirməyə davam edəcəyini bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
