Bu gün:

Tramp amerikalılara 5 min dollar ödəməyi vəd edib



ABŞ Prezidenti Donald Tramp respublikaçıların aralıq seçkilərində qalib gələcəyi təqdirdə hər bir Amerika vətəndaşına 5 min dollar ödəməyi vəd edib.


Tramp bu vədi Texas ştatının Dallas şəhərində keçirilən Respublikaçılar Partiyasının qurultayında səsləndirib.

Ağ Ev ödənişlərin necə maliyyələşdiriləcəyi və bölüşdürüləcəyi ilə bağlı ətraflı məlumat verməyib. Planın həyata keçirilməsi üçün 1 trilyon dollardan çox vəsait tələb oluna biləcəyi bildirilir. Respublikaçıların bəzi üzvləri təşəbbüsü tənqid edərək bunun inflyasiyanı daha da artıracağını qeyd ediblər.

Trampın daha əvvəl uşaqlar üçün 1000 dollarlıq dövlət töhfəsi ilə qənaət hesabları yaratmaq və hərbçilərə ABŞ-nin 250 illik yubileyi münasibətilə 1776 dollar ödəmək kimi vədləri də xatırladılıb. Bununla yanaşı, Elon Maskın xərclərin azaldılmasından əldə ediləcək vəsait hesabına verilməsi nəzərdə tutulan 5 min dollarlıq ödənişlərin reallaşmadığı qeyd olunub.

Analitiklər bildiriblər ki, hakim partiyaların aralıq seçkilərində adətən mövqelərini itirməsi və reytinqlərin aşağı düşməsi fonunda bu vəd təşviş əlaməti kimi qiymətləndirilə bilər. Onların fikrincə, noyabrın 3-də keçiriləcək seçkilərdə uğur qazanmaq üçün seçicilərin bu vədlərin ciddiliyinə inanması vacibdir.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Əliyeva



Paylaş
Şərh əlavə et