Bu gün:

Çin robotu Boltun rekordunu qırıb


Çinin “Honor”şirkətinin hazırladığı “Laytning” adlı humanoid robot 100 metri 9,32 saniyəyə qaçaraq Useyn Boltun 9,58 saniyəlik dünya rekordunu geridə qoyub.


Çinin dövlət televiziyasının məlumatına görə, smartfon istehsalçısı “Honor” tərəfindən hazırlanmış humanoid robot “Laytning” 100 metr məsafəni 9,32 saniyəyə qət edib.


Robot bu nəticəni şənbə günü başlayan ikinci Dünya Humanoid Robot Oyunları öncəsi keçirilmiş sınaq tədbirində göstərib. Sınaq zamanı “Laytning”in maksimal sürəti saniyədə 14,5 metrə çatıb.


Robotun nəticəsi 17 il əvvəl Berlində keçirilmiş Dünya Atletika Çempionatında yamaykalı sprinter Useyn Boltun müəyyənləşdirdiyi 9,58 saniyəlik 100 metr məsafəyə qaçış üzrə dünya rekordunu 0,26 saniyə üstələyib.


Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et