ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət danışıqlarının pozulmasından və 50%-lik yeni gömrük rüsumlarının tətbiqindən sonra iki ölkə arasında yerləşən Ontario gölünün adını fərmanla "Amerika gölü" kimi dəyişib. Daxili İşlər Nazirliyinə rəsmi adlar bazasında dəyişiklik etmək üçün 30 gün vaxt verilib. ABŞ rəsmiləri bu addımı milli qürur məsələsi kimi dəyərləndirsələr də, Tramp bunun Kanadaya birbaşa təzyiq olmadığını, lakin qonşu ölkənin uzun illər ticarətdə ABŞ-dan haqsız mənfəət götürdüyünü bildirib.
Kanadanın Baş naziri Mark Karni və digər yerli rəsmilər bu qərara sert reaksiya verərək, 400 ildən çox tarixi olan su hövzəsinin adının həmişə "Ontario gölü" olaraq qalacağını vurğulayıblar. Beynəlxalq hüquqa görə, hər bir ölkə öz daxili xəritələrində ad dəyişikliyi etmək səlahiyyətinə malik olsa da, digər dövlətlərin müştərək beynəlxalq suları təkbaşını adlandırmaq qərarını qəbul etmək məcburiyyəti yoxdur.
Tramp administrasiyasının daha əvvəl Meksika körfəzinin adını "Amerika körfəzi" kimi dəyişməsi oxşar hüquqi və diplomatik qalmaqallara, hətta Google və AP agentliyi ilə məhkəmə çəkişmələrinə səbəb olmuşdu. Nyu-York ştatının qubernatoru və bir çox amerikalı qanunvericilər də fərmanı tənqid edərək administrasiyanı rəmzi ad dəyişiklikləri əvəzinə real ticarət danışıqlarına diqqət yetirməyə çağırıblar.
Diplomatik gərginliyə baxmayaraq, ticarət şərtlərinin yumşaldılması və mədəniyyət məsələlərində uzlaşma əldə olunması istiqamətində addımlar atılaraq danışıqlar masasına qayıtmaq üçün müəyyən imkanların qaldığı qeyd olunur. Bununla belə, həm ABŞ daxilində, həm də Kanadada yerli idarəçilər beynəlxalq su hövzələrinin adlarının birtərəfli qaydada dəyişdirilməsini siyasi şou kimi qiymətləndirməkdə davam edirlər.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
