Bu gün:

“Beşiktaş” Avropa Liqasında “Hoffenhaym”ın qonağı olacaq


Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Liqasının liqa mərhələsinin ikinci turunda Almaniyanın “Hoffenhaym” komandası ilə qarşılaşacaq. Oktyabrın 15-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

“Beşiktaş”ın kapitanı Orkun Kökçü

24Media.az saytı BBC News Türkçe-yə istinadən bildirir ki, komandalar tarixlərində ilk dəfə üz-üzə gələcəklər. Qarşılaşma Almaniyadakı Reyn-Nekkar Arenasında keçiriləcək və oyunu belçikalı hakim Lourens Vissər idarə edəcək. “Beşiktaş”ın çexiyalı futbolçusu Vatslav Çerni zədə səbəbindən matçda iştirak etməyəcək.

“Beşiktaş” Türkiyə çempionatında keçirdiyi yeddi oyunda beş qələbə qazanaraq 15 xalla ikinci pillədə qərarlaşıb. İstanbul təmsilçisi Avropa Liqasının ilk turunda Fransanın “Marsel” klubunu 4:1 hesabı ilə məğlub edib.

“Hoffenhaym” isə Avropa Liqasının ilk oyununda Yunanıstanın OFİ klubuna 0:2 hesabı ilə uduzub. Almaniya Bundesliqasında da uğursuz çıxış edən komanda beş oyunda cəmi bir qələbə qazanıb və üç xalla turnir cədvəlinin 17-ci pilləsində yer alır.

Qeyd edək ki, Türkiyə millisinin futbolçusu Ozan Kabak “Hoffenhaym”ın heyətində çıxış edir.


Mələk Nəsirli 

Paylaş