Bu gün:

"Vladimir Putinin Çinə səfəri dünyanın gələcəyini müəyyən edəcək"


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Çinə son səfəri dünyanın gələcəyini müəyyən edəcək. 

O, TVC televiziyasında müsahibəsində bildirib ki, səfər dünya siyasətinin uzunmüddətli formatına əsaslı təsir göstərəcək. 

“Bu təkcə regionumuzun deyil, həm də bütün planetin gələcəyini müəyyən edəcək mühüm addımlardır”- diplomat bildirib.

Zaxarova həmçinin bildirib ki, Rusiya və Çin arasındakı münasibətlər dünyanın əksər ölkələri tərəfindən hazırkı qarışıq vəziyyətlərdən çıxış yolu kimi görünür. 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov şənbə günü deyib ki, Putinin Çinə səfəri ölkələr arasında hərtərəfli tərəfdaşlıq münasibətlərinin keyfiyyətcə keçmiş dövrün ənənəvi ittifaqlarını üstələdiyini və beynəlxalq təhlükəsizliyin, tarazlaşdırılmış dünya inkişafının qorunmasında əsas rol oynamağa davam etdiyini təsdiqləyib.

Mənbə: Tass.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et