Bu gün:

Yəmənin Husi silahlıları Yunanıstana məxsus gəmini zədələyib


Yəmənin husi silahlıları şənbə günü səhər saatlarında Qırmızı dənizdə neft tankerini ballistik raketlə vuraraq Qəzza zolağında İsrail-Həmas müharibəsi ilə bağlı son hücumlarında Panama bayraqlı, Yunanıstana məxsus gəmini zədələyiblər.

Husilər hücumu dərhal iddia etməsələr də, bu, Yəmən üzərində ABŞ-ın başqa bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurduqlarını  və Süveyş kanalına aparan əsas dəniz marşrutunda ticarəti pozaraq gəmiçiliklə bağlı digər hücumlar həyata keçirdiklərini iddia etdikləri vaxta təsadüf edir. 

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, hücum gecə saat 1 radələrində Rusiyada dayanan və Çinə gedən "Wind" neft tankerinə düşüb. Həm Çin, həm də Rusiya husilərin əsas tərəfdaşı olan İranla hərbi texnika və neftlə bağlı əlaqələr saxlayır. 

Mənbə: cbsnews.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et