Bu gün:

Hörümçəklər necə tor qurur?


Hörümçəklər — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsidir. Növ tərkibinə görə (21000-dən çox) son dərəcə zəngin dəstədir.

Hörümçəkləri  demək olar ki, hər yerdə görə bilərik. Onlar yerdə gəzə, ağaca dırmana da bilərlər. Amma bilməliyik ki, hörümçək həşərat deyil. Həşəratlardan fərqi odur ki, hörümçəyin 8 ayağı və 8 gözü var.

Bəs görəsən o, öz torunu necə qurur?

Hörümçəklərin tor vəzilərinə malik olmaları təkamüldə mühüm rol oynayır. Növün mövcud olmasında — onun qidalanmasında, çoxalmasında, yayılmasında və əlverişsiz mühitə dözümlülüyündə tor vəzilərinin əhəmiyyəti böyükdür.

Hörümçəyin qarnında xüsusi ip ifraz edən vəzlər var. Bu iplər onun bədənindən nəm şəkildə çıxır, hava ilə təmasda olan kimi möhkəmlənir.

Maraqlıdır ki, hörümçəklər öz ehtiyaclarına uyğun tor qururlar. Yəni əgər yemək üçün həşərat tutmaq istəyirsə, torunu yapışqan şəkildə ifraz edib qurur. Yox, əgər özü üçün edirsə, bu zaman quru və daha möhkəm tor qurur.

Yaşayış tərzləri

Hörümçəklər yırtıcı həyat tərzi keçirirlər. Əsasən həşəratla, torpaqda yaşayan hörümçəklər böcəklər və düzqanadlılarla, bəzən yağış qurdu və ilbizlərlə, suda yaşayan formalar isə həşərat sürfələri və xərçəng sürfələri ilə qidalanırlar. Şikarlarını zəhərləri vasitəsilə öldürürlər. Zəhər vəziləri hörümçəklər üçün çox səciyyəvidir.

Əhəmiyyətləri

Hörümçəklər zərərverici həşəratla qidalanaraq xeyir verirlər. Zəhərli növləri praktiki cəhətdən daha böyük əhəmiyyət kəsb edir. Bir çox hörümçəklərin zəhəri istiqanlı heyvanlara güclü təsir edir, lakin hörümçəklər arasında insan və ev heyvanları üçün təhlükəli olan növlər də vardır. Bəzi hörümçəklərin zəhəri yerli nekrotik reaksiyalara səbəb olur, həmin nahiyədə dəri toxumasını dağıdır. Bir qisim növlərin zəhəri isə bütün orqanizmə, xüsusilə, sinir sisteminə güclü təsir göstərir.

Mənbə: cnnturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et