
Haşimoto qalxanabənzər vəzlərinin az fəaliyyət göstərməsinə, yəni hipotiroidizmə səbəb olan otoimmün xəstəlikdir. Hipotiroidizmə səbəb olan ən çox yayılmış xəstəlikdir.
Qalxanabənzər vəzi boynun ön hissəsində yerləşən kəpənək formalı orqandır. Tiroid bezləri tiroid hormonlarının sintezindən məsuldur və bu bezlər endokrin sistemin bir hissəsidir.
Tiroid hormonları bədəndəki maddələr mübadiləsinə təsir göstərir. Bu hormonların kifayət qədər istehsal olunmaması ürək ritmindən tutmuş kalori yandırmağa qədər bir çox sahələrdə problemlər yaradır.
Bu xəstəliyin əlamətləri hansılardır?
Haşimoto xəstələrinin ilkin mərhələlərində heç bir əlamət və ya simptom olmaya bilər, qalxanabənzər vəzinin böyüməsi ilə qarşılaşa bilərlər. Bu böyümə boynun ön hissəsində baş verir.
Haşimoto xəstəliyi illər ərzində yavaş inkişaf edir və qalxanabənzər vəzin toxumasına xroniki ziyan vurur. Əsas səbəb isə orqanizmin qalxanabənzər vəzini yad toxuma kimi tanıması və onu məhv etməyə çalışmasıdır. Bunu tiroid bezinə qarşı istehsal etdiyi antikorlar adlanan maddələr vasitəsilə edir. Zədələnmiş tiroid toxuması kifayət qədər hormon sintez edə bilmir. Nəticədə qanda tiroid hormonlarının səviyyəsi azalır. Hipotireoz adlanan bu vəziyyət bədənin müxtəlif yerlərində bir çox simptomlara səbəb olur.
Mənbə: Anadolu saglık
Tərcümə etdi: Nəzri Süleymanova
