Bu gün:

Qədim "həyat ağacı"


Alimlər qədim baobab ağaclarının mənşəyini aşkar ediblər.

DNT araşdırmalarına görə, simvolik ağaclar ilk dəfə 21 milyon il əvvəl Madaqaskarda yaranıb.

Onların toxumları daha sonra okean cərəyanları ilə Avstraliyaya, həmçinin materik Afrikaya aparılaraq fərqli növlərə çevrilib.

Tədqiqatçılar ağacların nəsli kəsilməyə əvvəllər düşünüldüyündən daha yaxın ola biləcəyini bildirən ağacların qorunması üçün daha çox səy göstərməyə çağırırlar.

Baobablar qəribə formalarına və uzunömürlülüyünə görə "həyat ağacı" və ya "baş aşağı ağac" kimi tanınır. İqlim dəyişikliyi və geniş meşələrin qırılması səbəbindən onlar problem yaşayırlar.

Tədqiqatçılar səkkiz baobab növünü tədqiq ediblər, onlardan altısı Madaqaskarda, biri Afrikada, digəri isə Avstraliyanın şimal-qərbində yayılıb.

Tədqiqatçılar Madaqaskarın ən böyük və ən məşhur baobabları olan nəhəng baobab da daxil olmaqla, nəsli kəsilməkdə olan iki Malaqas növü üçün daha yüksək qorunma statusunun verilməsini tələb edirlər.

Mənbə: BBC

Tərcümə etdi: Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et