Bu gün:

Mona Lizanın sirli fonu deşifrə edilmibmi?


Leonardo da Vinçinin “Mona Liza” əsərini çəkməsindən 500 il sonra bir akademik hesab edir ki, o, dünyanın ən məşhur sənət əsərlərindən birinin fonunun sirrini açıb.

İncəsənət tarixçiləri Leonardonu ilhamlandıra biləcək yerlər haqqında fərziyyələr edərək onun mənzərəsini uzun müddət müzakirə ediblər, lakin geoloq və İtalyan İntibah mütəxəssisi Ann Pizzorusso onun bu mənzərəni İtaliyanın şimalındakı Lecco üçün təyin etdiyini düşünür.

“Mən Lekkoya gələndə anladım ki, o, “Mona Liza”nı burada çəkib”, – deyə Pizzorusso Komo gölünün sahilindəki, indiyə qədər Alessandro Manzoninin şah əsəri “Nişanlı” romanının səhnəsi kimi tanınan kiçik şəhərdən danışarkən deyib."

Alimin fikrincə, rəsmdə təsvir olunan tağlı körpü XIV əsrə aid "Ponte Azzone Visconti"yə uyğun gəlirdi, baxmayaraq ki, əvvəlki nəzəriyyələr onu Arezzo və Bobbio kimi İtaliyanın digər şəhərlərindəki oxşar tikililərlə əlaqələndirirdi.

Pizzorusso sirri həll etdiyini iddia edən ilk şəxs deyil, lakin o, iddialarını dəstəkləmək üçün geologiya biliklərinə istinad edir.

Pizzorusso: "Mənim üçün körpü rəssamlığın vacib tərəfi deyildi".

"Mona Lizaya baxdığınız zaman Adda çayının bu hissəsini görürsünüz və onun arxasında bu mişar dişli dağların altında mükəmməl şəkildə göstərilən başqa bir göl görürsünüz".

Mənbə: Nbcnews

Tərcümə etdi: Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et