Bu gün:

Zəncirotu çiçəyinin hekayəsi və mənası


Zəncirotu Çiçəyi
Zəncirotu çox yayılmış bir bitkidir. Xüsusilə, günəşli çəmənliklərdə və yaylalarda bitir. Asteraceae fəsiləsinə aid çoxillik bitkidən əldə edilən, şaxtaya çox davamlı, əsasən, spontan olan fitoterapiya məhsuludur. Yarpaqları xüsusi formaya malikdir və rənginə görə hindibanı xatırladır. Bitki təxminən 40 santimetrə qədər böyüyə bilər.
Zəncirotunun gücü əsrlər boyu məlumdur və 1500-cü illərdə sehrli hesab olunurdu. Yarpaqları çiy halda da salatlarda yeyilə bilər, acı da olsa, xüsusi və ətirli dadı var. Bitki daha sonra İntibah dövründə çox əhəmiyyətli oldu, bu dövrdə ən vacib təmizləyici dərmanlardan biri olaraq təyin olundu.
Zəncirotu ağ lateks ehtiva edir, qıcıqlandırmır, lakin həssas insanlarda allergiyaya səbəb ola bilər və rezin kimi xüsusiyyətlərə malikdir; buna görə də İkinci Dünya Müharibəsi illərində Rusiyada təkərlər üçün rezin istehsal etmək üçün müxtəlif dandelionlar yetişdirildi. Zəncirotu yeməli bitkidir, lakin bu cür ağır metalları toplamaq qabiliyyətinə malik olduğu üçün şəhər mühitində yetişdirilən bitkilərdən istifadə edilməməsi tövsiyə olunur. Erkən çiçək açıb çiçəkləmə müddətini payıza qədər uzadır və çiçək az olanda arıları nektarla təmin etdiyi üçün mühüm şirin bitkidir. Üstəlik, zəncirotu balı çox məşhurdur.



Demək olar ki, hər kəs həyatında heç olmasa bir dəfə arzusunun gerçəkləşəcəyi ümidi ilə zəncirotu çiçəyinə üfürmüşdür. Bu çiçəyə üfürüb toxumlarını səpələyən uşaqlardır. Bu kontekstdən ötrü onun mənası uşaqlıq və məsumluqdur. Həm də çiçəklərin və bitkilərin dilində zəncirotu inam, güc və ümidi simvollaşdırır. Bir çox çiçəklər kimi, zəncirotu çiçəyinin də bir hekayəsi var. Hekayələr və nağıllar əsrlər boyu bəşəriyyət üçün əvəzolunmaz olmuşdur. Zəncirotu çiçəyinin hekayəsi belədir. Deyilənə görə, günəş tanrısı Apollonun oğlu Fayton, günəş arabasının hərəkət edərkən səpələdiyi tozdan böyüyən bir çiçək idi. Mifologiyada deyilir ki, Tesey Hekatenin məsləhəti ilə Minotavrı məğlub edəcək qədər güclü olmaq üçün 30 gün dalbadal yalnız zəncirotu yeyib.

Tərcümə etdi: Aydan Qasımova

Mənbə: Çiçəklərcə

Paylaş
Şərh əlavə et