
Trichotillomania, insanın baş dərisindən və ya bədənin digər yerlərindən təkrarlanan tüklərin çəkilməsi nəticəsində bədənin hər hansı bir yerində saç tökülməsinə, eyni zamanda insanın sosial və iş həyatı kimi sahələrdə funksionallığının pozulmasına səbəb olan bir xəstəlikdir. Bu pozğunluğu olan insanlar istəklərinə boyun əydikdən və saçlarını qopardıqdan sonra rahatlıq hiss edirlər. Xəstəlik adətən uşaqlıqda başlayır.
Bu pozğunluğu yaşayan insanlar deyirlər ki, saçlarını yolanda qarıncalanma hiss etsələr də, ağrı hiss etmirlər. Bəzi insanlar saçlarını yolduqdan sonra bu tükləri ağzına qoyurlar. Bu pozğunluğu yaşayanların təxminən 30% -i saçlarını udur. Bu vəziyyətə trixofagiya deyilir. Trichotillomania səbəbləri kimi təklif olunan amilləri aşağıdakı kimi sıralamaq olar:
Valideynlərin boşanması
Güclü stress və ya narahatlıq
Daimi hərəkət edən proses və ona uyğunlaşmaqda çətinliklər
Travmalar, itkilər...
İnsan bu davranışı adətən tək olanda göstərir. Bundan əlavə, şəxsin ətrafında güzgü olması bu davranışı artıra bilər.
Buna təsir edən mühüm amillərdən biri də həyəcan səviyyəsidir. İnsanın əsəbi, qəzəbi, narahatlığı və ya kədəri olduğu kimi həddindən artıq həyəcanlandığı dövrlərdə də saç yolma davranışının əhəmiyyətli dərəcədə artdığı ifadə edilmişdir.
Mənbə: Evrimagacıofficial
Tərcümə etdi: Günay Məmmədova
