Zəlzələ yer qabığındakı qırılmalar nəticəsində yaranan ani titrəyişlərin dalğalar şəklində yayılaraq yer üzünü silkələməsi zamanı baş verir. Zəlzələ o qədər güclü ola bilər ki, yerdəki strukturları uçura və insan tələfatına səbəb ola bilər. Xüsusilə zəlzələ bölgəsi olan Türkiyə bu mövzuda çox həssasdır. Bu səbəblə zəlzələlərin necə baş verdiyi, niyə baş verdiyi və necə meydana gəldiyi suallarının cavablarını bilmək bu mövzuda maarifləndirmə üçün vacibdir.

Seysmologiya zəlzələlərin necə baş verdiyini anlamaq üçün vacib bir elm sahəsidir. Zəlzələ dalğalarının yayılma yolu və qeydlərinin qiymətləndirmə mərhələsi kimi bir çox vəziyyət seysmologiya sayəsində başa düşülə bilər. Zəlzələlərə nə səbəb olur sualı ilə yanaşı, seysmologiya sayəsində zəlzələ nədir, necə baş verir və nədən asılıdır kimi suallara da cavab ala bilirik.Zəlzələ nədir?
Zəlzələ o zaman baş verir ki, yer qabığındakı qırılmalar nəticəsində yaranan qəfil titrəyişlər ətraf mühiti və yeri əhatə edib yayılır. Zəlzələ insanların hərəkətsiz hesab etdikləri və təhlükəsiz addım atdıqları zəminlərin hərəkət etməsinə, üzərindəki strukturların zədələnməsinə səbəb olaraq can və mal itkisinə səbəb ola biləcək təbii hadisə olaraq bilinir.Zəlzələnin baş verməsindən nə asılıdır?
Zəlzələlərin əmələ gəlməsi “Elastik Rebound” nəzəriyyəsi ilə izah olunur. Elastik sıçrayış nəzəriyyəsinə görə; İstənilən nöqtədə, vahid deformasiyanın zamandan asılı və tədricən yığılması ilə elastik olaraq yığılan enerji, kritik dəyərə çatdıqda, qırılma müstəvisi boyunca mövcud olan sürtünmə qüvvəsini üstələyir. O, qırılma xəttinin hər iki tərəfində qaya bloklarının ahəngdar hərəkətlərini yaradır. Buna görə də qəfil yerdəyişmə baş verir. Bu qəfil yerdəyişmələr bir nöqtədə yığılmış deformasiya enerjisini buraxır.
Geologiya və geofizika sahəsində aparılan araşdırmalar sayəsində zəlzələlərin harada olacağı anlaşıla bilər. Fay xəttində yerləşən rayonlarda vaxtaşırı zəlzələlər baş verə bilər. Lakin zəlzələlərlə bağlı böyük irəliləyiş əldə olunsa da, zəlzələlərin nə vaxt baş verəcəyini və nə qədər böyük olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil.
Mənbə: Sabah
Tərcümə etdi: Nailə Hadizadə
