Düzdür, müxtəlif heyvanlar müxtəlif parazitlərin daşıyıcısıdır. Məsələn, pişiklər "Toxoplasma gondii" daşıyıcısı ola bilər.
Ən mühüm gigiyena məsələsi olan əllərin yuyulmasına diqqət etdikdən sonra heyvandan bir bakteriyanın “xəstəlik” törətmə ehtimalı ictimai nəqliyyatda tutacaqlara toxunmaqdan və ya tualetdə qapı dəstəyindən tutmaqdan çox azdır.
Bütün bunlarla yanaşı, ev heyvanları da birbaşa müdafiə sisteminə töhfə verir. Pişik və it kimi ev heyvanları ilə böyüyən uşaqların immun sistemi inkişaf etdikcə, bu heyvanlarda olan antigenləri tanıyaraq daha da güclənirlər. Başqa sözlə, ev heyvanları ilə yaşayan birinin antikor repertuarı, olmayandan daha böyükdür.
Bu sayədə daha sonrakı yaşlarda allergiyaya meylli olma ehtimalı azalır. Bu, gələcəkdə atopik dermatit, allergik rinit, anjioödem/ürtiker və hətta astma kimi allergik problemlərin qarşısını alacaq.
Mənbə: Evrimagacıofficial
Tərcümə etdi: Günay Məmmədova
