Bu gün:

Wat Rong Khun məbədi


Wat Rong Khun məbədi Taylandın Chiang Rai şəhərində yerləşən füsunkar məbəddir. Klassik Buddist məbədlərindən, qeyri-adi dizaynından bağçasındakı maraqlı dizaynlara qədər çox fərqli şəkildə tikilmişdir.

Memarı tərəfindən hər kəsin heyran qalacağı bir məbəd tikmək arzusu ilə layihələndirilən bu möhtəşəm məbəd bu gün Taylandın ən gözəl məbədləri sırasındadır.

Wat Rong Khun məbədi hansı dindən və ya millətdən olmağınızdan asılı olmayaraq gözəlliyi ilə sizi heyran edəcək bir məbəddir. Onu digər klassik məbədlərdən fərqləndirmək üçün ağ rəngdə tikilmiş bu məbədin üzərindəki qravüra və simvollar kifayət qədər maraqlıdır. Bu heyrətamiz dərəcədə gözəl məbədə daxil olmaq üçün əvvəlcə Həyat Dövrünün Körpüsündən keçməlisiniz. Bu körpünün altında yerdən çıxan əllərin dizaynı bəşəriyyətin sonsuz istəklərini simvollaşdırır. Körpüdən sonra Cənnət Qapısının girişindəki insana bənzər iki fiqur diqqəti cəlb edir. Bunlar hind mifologiyasına görə ölümü simvolizə edən Rahuya aiddir. Rahudan keçərək, əsas məbədin binasına çatırsınız.

Wat Rong Khun içərisi və ətrafı

Məbədin daxili hissəsində Budda heykəlini əhatə edən divarlarda gözəl divar rəsmləri (freskalar) var.

Nirvanadan gələn Buddanı təsvir edən bu divar rəsmlərində Buddanın şeytanla mübarizəsini təsvir edən hissələr var. Həmçinin divar rəsmlərində dini rəsmlərlə yanaşı, müxtəlif kino qəhrəmanları da yer alıb. Xüsusilə Buş və Bin Ladenin raketlə birlikdə kosmosa getdiyini göstərən divar çox maraqlıdır. Təəssüf ki, məbədin içərisində şəkil çəkməyə icazə verilmir.

Ajarn Chalermchai Kositpipat

Bu gözəl məbədin memarı Ajarn Çalermchai Kositpipat özünə müasir Tailand incəsənətinin ən böyük rəssamı olacağına söz vermişdi. Klassik Tayland sənəti təhsilini mükafatla taclandırdıqdan sonra o, doğulduğu şəhərə dünyanın ən gözəl məbədini hədiyyə etmək üçün Wat Rong Khun məbədini tikdi. O, həyatını Tay Buddist sənətini qlobal miqyasda məşhur etmək və Tac Mahal kimi dünyanın hər yerindən ziyarətçiləri cəlb etmək üçün bu layihəyə həsr etmişdir. O, öz ideyalarında və məbədin dizaynında azad olmaq üçün zənginlərdən və ya siyasətçilərdən maddi yardım almaqdan imtina etdi. O, gündə iki dəfə, səhər və axşam məbədi ziyarət edir, işləri yoxlayırdı.

Məbədi daim təmir edən və layihəni tamamlamaq üçün 100 ilə qədər vaxt lazım ola biləcəyini deyən bu maraqlı memar layihənin ondan sonra da davam edəcəyinə əmin olmaq üçün tələblərə dərs deyir.

 Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et