Gürcüstan parlamenti Qafqaz dağlarında yerləşən keçmiş Sovet respublikasında geniş etirazlara səbəb olan çox mübahisəli qondarma “xarici agentlər” qanun layihəsini qəbul etməyə hazırlaşır.
Qanunda nədən bəhs olunur?
Qanun layihəsini müttəfiqləri ilə birlikdə parlamentə nəzarət edən “Gürcü arzusu” partiyası hazırlayıb. Təklif çərşənbə axşamı səsverməyə çıxarılacaq.
Gürcüstan prezidenti Salome Zurabişvili CNN telekanalına müsahibəsində qanun layihəsini rusiyalı həmkarının “dəqiq dublikatı” adlandırıb.
O, qanun layihəsinə veto qoyacağına söz verib, lakin bu, çox şey ifadə etməyəcək. Gürcüstan hökuməti parlament sistemidir, ona görə də Zurabişvili faktiki olaraq fiqurdur. Əsl güc baş nazir İrakli Kobaxidzedədir. “Gürcü Arzusu”nun milyarder qurucusu, keçmiş baş nazir Bidzina İvanişvili də mühüm siyasi nüfuza malikdir.
Mənbə: CNN
Tərcümə etdi: Bənövşə Bağırova
