Bu gün:

Qasırğalar necə baş verir?


Qasırğalar dünyanın ən güclü küləklərindəndir. Tropik təbiət hadisəsi olaraq görülən qasırğa bir insanın həyatına müsbət və ya mənfi təsir göstərə bilər. Qasırğalar təsirini 27 dərəcəyə yaxın temperaturda göstərir. Qasırğalar okeanlarda və dənizlərdə baş verir, yaranmasına səbəb havanın yüksək təzyiq mərkəzindən aşağı təzyiq mərkəzinə sürətlə hərəkət etməsidir.

Qasırğa nədir?

Saatda 75 mildən çox sürətlə əsən tropik küləyə qasırğa deyilir. İsti dənizlərdə baş verən qasırğalar digər külək fəlakətlərinə səbəb ola bilər. Ən dağıdıcı və təhlükəli tropik fırtınalardan biri olan qasırğa isti suların üzərində baş verir. Ən çox Meksika körfəzində və Antil dənizində əmələ gəlir.


Qasırğaların əmələ gəlməsi üçün aşağı hava təzyiqi, temperatur, tropik küləklər və nəmli okean havası lazımdır. Qasırğalar iyun-noyabr aylarında əmələ gəlir və su buxarı ilə qatılaşdırılmış istilik enerjisi ilə qidalanır. Okean səthində nəmli və isti hava sürətlə yüksəlməyə başlayır. İsti hava yüksəldikcə içindəki su buxarı qatılaşır və tufan buludları əmələ gəlir. İstilik yuxarıdakı havanı qızdırıb yüksəldikdə tornado baş verir.Qasırğalar ən çox hansı iqlimdə olur? 


Qasırğalar tropik iqlim zonasında bütün isti dənizlərdə baş verir. Bu təbii fəlakət ən çox avqust və sentyabr aylarında olur. 


Mənbə: CNN Türk

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et