Bu gün:

Çiçəklər nəyə görə böcəklənir?


Çiçəklər nəyə görə böcəklənir?

Çiçək istilası, xüsusilə, qablarda saxlanılan çiçəklərdə görülən bir problemdir.  "Niyə çiçəklər həşərat alır?" sualına ən yaxşı cavab vermək üçün əvvəlcə infeksiyanın mənbəyini tapmaq lazımdır. Bu nöqtədə diqqətsiz qulluq, istifadə edilən gübrə və ya torpağın növü infeksiyanın baş verməsində əsas amillərdir.  Bunlara əlavə olaraq, çiçəyin yerləşdiyi mühitdəki temperatur, hava və işıq keyfiyyəti də daxildir.

Çiçək həşəratlarının tutulmasının əsas səbəblərindən biri həddindən artıq suvarmadır. Suvarma nəticəsində artan qurd və milçəklər də özləri ilə həşəratlar gətirirlər. Bunun qarşısını almaq üçün suvarma dövrlərini nizamlamalısınız. Yetişdirmək istədiyiniz və hazırda qulluq etdiyiniz çiçəklərin xüsusiyyətlərini bilmək bu nöqtədə sizə kömək edəcək. Bəzi çiçəklər suyu sevərkən, bəziləri daha az su ilə böyümək üçün uyğundur.



Çiçəklərə qulluq etməyi xoşlayan insanlar bəzən öz qablarında çağırılmamış qonaqlarla rastlaşa bilərlər. Çiçək böcəklərinin istilası ilə qarşılaşan insanlar dərhal panikaya düşməməlidirlər. Həşəratların infestasiyası qaçılmaz bir vəziyyət deyil. Bu məqamda, çiçəyi atmaq lazım deyil, ətraflı qulluq onu yenidən canlandıra bilər. 

Bəs həşəratlarla yoluxmuş çiçəklərlə nə etmək lazımdır?

Çiçəyinizdə böcəklər olduğunu gördüyünüz zaman etməli olduğunuz ilk şey onu digər çiçəklərdən ayrı saxlamaqdır. Növbəti addım, görünən həşəratları bir parça və ya salfetin köməyi ilə təmizləməkdir. Digər mərhələlərə keçməzdən əvvəl bu iki addımı mütləq tamamlamaq lazımdır.

"Çiçək böcəklənməsinin qarşısını almaq üçün nə etmək lazımdır?" sualına ən təsirli cavab ona düzgün və müntəzəm qulluqdur.


Mənbə: ribbonflowers.com
Tərcümə: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et