Bu gün:

Hansı hallarda baba və nənədən aliment alına bilər?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı hüquqşünas Elşad İsayevdir. O, baba və nənədən hansı hallarda alimet alına biləcəyindən danışıb.




Hansı hallarda baba və nənədən aliment alına bilər?

Ümumiyyətlə, ailə Məcəlləsində valideyinlərlə bərabər, ailənin digər üzvlərinin də alimet öhdəlikləri nəzərdə tutulub. Qanunvericilik yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.

Eyni zamanda, burada baba və nənənin nəvələrini saxlamaq vəzifəsi də müəyyənləşir. Göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. 

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et