Bu gün:

"Təsir azalsa da, boşanmaların sayı artır"



24media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi hüquqşünas Əkrəm Həsənovdur. O, yeni evliliklərdə tərəflərin ailələrinin fərdlərə təsirindən danışıb.


-Sizcə, yeni evliliklərdə tərəflərin ailələrinin fərdlərə nə dərəcədə təsiri var?


İndiki yeni qurulan ailələrdə bu təsir əvvəlki illərə nisbətən daha azdır. Çünki əvvəllər fərdləri daha çox ailələr tanış edirdi, ona görə təsir güclü olurdu. Amma indi daha çox sevgi əsasındadır və ayrı yaşamağa üstünlük verilir, hətta kirayə evlərdə qalırlar. Bu da, təbii ki, təsir gücünü azaldır. Mən demirəm ki, tam olmur, çünki istənilən halda onların hər biri öz ailəsindən çıxır, bu,  həm də fərdi məsələdir. Kimə ki ailəsinin təsiri güclü olub, təbii ki, hər halda o təsir dərhal aradan qalxmır. Amma yenə də əgər ailə gənclərin sevgilərinin ilk dövründə qurulursa, onlar adətən ora kimsə buraxmırlar. 2-3 ildən sonra etirafları soyuyur, bu da təbii haldır və təsir güclənir. Həmçinin uşaq doğulduqdan sonra təsir daha çox güclənir. Ümumi nəticədə təsir hər bir halda var və olacaq. Bu, bəzi hallarda yaxşı haldır. Çünki gənclər hələ nə edəcəklərini, necə yaşamalarını bilmirlər, amma boşanmaların səviyyəsi, sayı göstərir ki, bu təsir olmadan da boşanmalar artır. Təsir azalır, amma boşanmalar artır. 

Aminə Paşazadə

Paylaş
Şərh əlavə et