Bu gün:

Əcnəbi vətəndaşlardan icbari tibbi sığorta haqqı tutulur?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı sığorta üzrə ekspert İlkin İbrahimovdur. O, əcnəbi vətəndaşlardan tibbi sığorta tutulması barəsində danışıb.


Əcnəbi vətəndaşlardan hansı hallarda icbari tibbi sığorta haqqı tutulur?

Ölkəmizdə icbari tibbi sığortanın bütün ölkəboyu tətbiqi 2021-ci ilin aprel ayının 1-nə təsadüf edir. Bu məsələ ilə bağlı, ümumiyyətlə, icbari tibbi sığorta haqları ilə bağlı ölkə vətəndaşlarının icbari tibbi sığortadan yararlanması pulsuz nəzərdə tutulub. Burada müəyyən kateqoriyalar, əlbəttə ki, mövcuddur. 18 yaşa qədər uşaqlar, pensiya alanlar, ikili vətəndaşlığı olan şəxslər bu kateqoriyalardandır.

Bundan  əlavə, əmək müqaviləsi ilə işləyən şəxslərin əmək haqlarından iki faiz icbari tibbi sığorta tutulur. 2027-ci ilə kimi işsiz vətəndaşlar da sığorta haqqı ödəmədən, onlar tibbi sığorta ilə bağlı xidmətlərdən istifadə edə biləcəklər.

Ölkəmizdə xarici vətəndaşlarla bağlı sığorta haqqının ödənilməsi yoxdur. Vətəndaşlar daxil olarkən xidmətlərlə bağlı yerində müəyyən edilmiş qiymətlərlə bu xidməti ala bilərlər. Xarici ölkələrdə bu məsələ ilə bağlı praktikaya baxaq, məsələn, Türkiyədə belə bir hal mövcuddur ki, əgər əcnəbi vətəndaşın öz ölkəsi ilə icbari tibbi sığortası varsa, bu zaman onlara xüsusi qaydalar tətbiq oluna bilir. Fəqət hələ ki, Azərbaycanda belə qaydalar nəzərdə tutulmayıb. Hazırda belə qaydalar olmadığı üçün, əcnəbi vətəndaşlar tibbi xidmətləri göstərən poliklinikalara müraciət edərək xidmət haqlarını ödəmək şərtilə xidmət ala bilərlər.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et