Bu gün:

Lui Armstronq


Mən təxmin edirəm ki, insanların çoxu Lui Armstronqun adını eşidəndə ağlına “Salam, Dolly” və “Nə gözəl dünya” mahnılarını oxuyan, cingiltili səsli sevimli oğlan gəlir, amma əlbəttə ki, onun irsi daha zəngindir. Armstronq 20-ci əsrin ən mühüm Amerika musiqi xadimidir. Onun caza təsiri misilsizdir və Leonard Bernşteyndən tutmuş Rolling Stonesa qədər hər kəsə xitab edəcək bir caz üslubu yaradıb. Bu gün biz sizə 10 başlıq altında Lui Armstronq haqqında danışacayıq.

1. Lui Armstronq 4 avqust 1901-ci ildə Luiziana ştatının Nyu-Orleans şəhərində anadan olub və çox kasıb bir ailədə böyüyüb.

2. İlk kornetini 11 yaşında alan ifaçı yeniyetmə ikən artıq yerli caz qruplarında ifa edirdi.

3. Armstronq 1922-ci ildə Çikaqoda "King Oliver's Creole Jazz Band"-a qoşulmaqla karyerası yolunda böyük addım atmış oldu.

4. O, solodan improvizasiya forması kimi istifadə edən ilk musiqiçilərdən biri olub, onun virtuoz ifa tərzi digər caz musiqiçilərinə böyük təsir göstərib.

5. Armstronq həm də istedadlı müğənni idi. Cingiltili səsi onun ticarət nişanına çevrilib.

6. 1930-1940-cı illərdə meydana çıxan ənənəvi cazdan daha müasir üslublara keçidə əsas təsir göstərənlərdən hesab olunur.

7. Lui Armstronq XX əsrin ən görkəmli ifaçılarından hesab olunur.

8. O, tamaşalar zamanı tez-tez alnını silmək üçün istifadə etdiyi dəsmalı ilə tanınırdı.

9. Armstronq həm də məhsuldar səsyazma sənətçisi idi, o, karyerası ərzində 3000-dən çox səs yazısı hazırlanıb.

10. O, vətəndaş hüquqlarının açıq müdafiəçisi idi və xüsusilə 1950 və 1960-cı illərdə irqçilik və ayrı-seçkiliyə qarşı çıxış etmək üçün nüfuzundan istifadə etməyə çəkinmirdi. 

Mənbə: kgumusic.com
Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et