Bu gün:

Paul Alexander kimdir?


Cəmi 5 yaşında ikən keçirdiyi poliomielit xəstəliyinə görə 69 ildir "polad ağciyər"ə məhkum olan Paul Alexander, yaşadıqlarına rəğmən təslim olmadı. 74 yaşında  Paul, boyundan aşağı tamamilə iflic olmasına baxmayaraq, bir çox uğurlara imza atmağı bacarıb.

ABŞ-da son poliomielit epidemiyası zamanı xəstəliyə yoluxan Paul Alexander, demək olar ki, bütün həyatını "polad ağciyər" adlandırılan maşında keçirdi .

Bu hava keçirməyən cihaz xəstənin boynunu sıxaraq ağciyərlərinə oksigeni çəkmək üçün kifayət qədər vakuum yaradır.

Cihazsız nəfəs ala bilmir

Aparat düzgün işləmədikdə qocanın nəfəs alması qeyri-mümkün olur. Alexander polad ağciyərin içindəki təcrübələrini Youtube video paylaşma saytına yüklədiyi videolarda izah edir.

1979-cu ildə hazırlanmış peyvənd sayəsində poliomielit xəstəliyi aradan qaldırıldı. 

Alexander polad ağciyərinin işləməsini təmin etmək üçün avtomobil mexanikasına güvənib, bu avadanlıq istehsalçıları və sığorta şirkətləri 2015-ci ildə texniki xidmətdən kənarlaşdırdılar.

Bütün bu çətinliklərə baxmayaraq, Paul universitetə daxil oldu və hüquqşünas oldu. İnsanların onu görəndə dəhşətə gəldiyini deyən Alexander ağzına qələm tutaraq kitab yazıb.

İştirak etdiyi YouTube videosunda qarşılaşdığı çətinliklərə toxunan Alexander bunları deyib:

"Mənim hekayəm keçmişinizin və ya hətta əlilliyiniz gələcəyinizin nə üçün müəyyən edilməli olduğuna dair bir nümunədir."

Mənbə: Hürriyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et