Bu gün:

Paula Havkins


Paula Havkins

Paula Havkins 26 avqust 1972-ci ildə Solsberi, Rodeziya (İngiltərə) şəhərində anadan olub. Atası iqtisadiyyat professoru və maliyyə jurnalisti idi. 1989-cu ildə Londona köçməzdən əvvəl, 17 yaşında, Hawkins Zimbabvenin Harare şəhərindəki Arundel məktəbində, sonra isə Qərbi Londonda, Kensinqtonda müstəqil kollec olan Collingham Kollecində təhsil alıb.

Hawkins Oksford Universitetinin Keble Kollecində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb. The Times-da biznes xəbərləri üzrə jurnalist kimi çalışıb. Daha sonra o, bir sıra nəşrlərdə sərbəst işləyib və qadınlar üçün “Pul ilahəsi” adlı maliyyə məsləhətləri kitabını yazıb. 

2009-cu ildə Paula Hawkins Amy Silver təxəllüsü ilə romantik komediyalar yazmağa başladı və dörd roman yazdı. Lakin o, daha qaranlıq, daha ciddi hekayə yazmaq istədi və onun üzərində işləməyə başladı.  

Onun ən mühüm kitabı olan “Qatardakı qız” trilleri 2015-ci ildə nəşr olunub. Onun ikinci mühüm kitabı olan “Qaranlıq sular “ 2017-ci ildə İthaki Yayınları tərəfindən türk dilinə tərcümə edilib. Müəllif hələ də istehsal etməyə davam edir.

Paula Havkins kitabları:

Pul ilahəsi (2006)

Partizan öyrənməsi (2001)

Küçə qızı (2009)

Milad üçün bir arzum (2010) 

Sən, mən və bütün İllər (2011)

Yenidən birləşmə (2013) 

Qatardakı qız (2015) 

Qaranlıq sular (2017) 

Yanan od (2021)

Mənbə: okurunkosesi.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et