Bu gün:

Stefan Zveig kimdir?


Stefan Zveig kimdir?

Stefan Zveig 28 noyabr 1881-ci ildə Vyanada, Avstriyada anadan olub. Varlı bir ailədə böyüyən Zveig gənc yaşlarında ciddi təhsillə böyüdü. İngilis, Latın, Yunan və Fransız kimi dillərdə danışa bilən Zveig hələ orta məktəbdə oxuyarkən şeir yazmağa başlayıb. Zveig üçün alman şairi Rilke ilk gənclik illərində böyük əhəmiyyət kəsb edirdi. Bu illərdə Rainer Maria Rilkenin poeziyasının təsiri ilə yazılarına rəhbərlik edən Zveig universitetdə fəlsəfə təhsili almışdır. Birinci Dünya Müharibəsində dövlət qulluqçusu kimi xidmət edən Zveig müharibədən sonra Zalsburqda yaşamağa başlayıb. Bir müddət burada yaşadıqdan sonra evləndi. Salzburqda villada yaşadığı uzun illər ərzində Zveig mühüm şair və yazıçılarla yaxın dostluq əlaqələri qurub. James Joyce, Paul Valery, Thomas Mann, Franz Werfel və Romain Rolland onun dostluqlarından yalnız bir neçəsidir. 

Ədəbiyyat dünyasında böyük əhəmiyyəti olan Stefan Zveig 1928-ci ildə Lev Tolstoyun 100 illik yubileyi münasibətilə keçirilən şənliklərə qatılıb. Şahmat 1933-cü ildə nasist zülmünə məruz qalan əsərlər sırasındadır. Həmin illərdə nasistlər xüsusilə yəhudi kitablarını müsadirə edərək yandırdılar və yəhudi mənşəli olduğu üçün Zveig evinə basqın edildi. Daha sonra o, ölkəsini tərk edib. Ölkəsini tərk edən Zveig Londonda məskunlaşıb. Zveig 1937-ci ildə birinci həyat yoldaşı Frederikdən ayrılıb və bir il sonra Şarlotta Altman adlı qadınla Portuqaliyaya gedib. O zaman Avstriya Almaniya Reyxinə qoşulmuşdu və Zveyq Britaniya vətəndaşlığı üçün müraciət etmişdi.

1939-cu ildə onun "Səbirsiz ürək" romanı nəşr olundu və Zveig Şarlotta Altmanla evləndi. 1940-cı ildə Britaniya vətəndaşlığını aldı.

İkinci Dünya Müharibəsi zamanı o, Nyu-York, Argentina, Paraqvay və Braziliyaya gedib. Zweig konfrans üçün getdiyi Braziliyada məskunlaşdı. Orada məşhur “Şahmat” kitabını yazır.

Stefan Zweig 22 fevral 1942-ci ildə Rio-de-Janeyroda həyat yoldaşı Lotte ilə birlikdə Avropadakı vəziyyətə görə kədərləndiyinə və həyatındakı məyusluqlara görə zəhər içərək intihar etdi. Stefan Zweig ölümündən əvvəl yazdığı məktubda intiharının səbəbinin Hitlerin yaratdığı xaos və faşist nizamının qalıcı olacağına inanması olduğunu və bu inancdan dolayı böyük ümidsizlik və bədbinlik hiss etdiyini bildirib.

Mənbə: haberler.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et