Bu gün:

"İstehlakçı mağazada sındırılmış əşyalara görə…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı hüquqşünas Ramil Süleymanovdur. O, vətəndaşın mağazada sındırılmış və ya zədələnmiş əşyalara görə hansı hallarda məsuliyyət daşıdığı barəsində danışıb.

Mağazada sındırılmış və ya zədələnmiş əşyalara görə hansı hallarda məsuliyyət daşıyırıq?

İstehlakçı xidmət sahəsində yaxud satış sahəsində hansısa bir məhsulu qəbul edərkən, yoxlayarkən, kassaya daşınarkən hər hansı bir vəziyyətdə mala zərər gələrsə, bu zərər istehlakçı tərəfindən qarşılanır. Bəzi hallarda mağaza işçiləri tərəfindən malların düzülüşündə problem, ziyan olarsa, həmin malın əvəzinin mağaza işçisi tərəfindən ödənilməsinin tələb edilməsi haqlıdır. Fəqət bu situasiya istehlakçı ilə yaşanarsa və əgər bu əməl istehlakçının, müştərinin qəsdi ilə nəticələnən əməl deyilsə, xidmət alan şəxs bu barədə öz iradını bildirə bilər, yaxud zərəri ödəməkdən imtina edərsə, həmin zərərin ödənilməməsi ilə bağlı məhkəmədə öz mövqeyini bildirə bilər. Bu zaman kameralarla hala nəzər keçiriləcək və qəsdlə edilib edilmədiyi araşdırılacaq. Bu halla bağlı istehlakçı mağaza tərəfindən əsassız şikayətə məruz qaldıqda, istehlakçı itirilmiş vaxta görə mağazanı şikayət etməkdə tamamən haqlıdır.

Gülay Qəribova


Paylaş
Şərh əlavə et