Bu gün:

"Bu gün televiziyanın rolu nisbətən aşağı səviyyədədir"


24Media.az-ın "1 sual 1 cavab" rubrikasının budəfəki qonağı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, professor Qulu Məhərrəmlidir. O, Azərbaycan televiziya kanallarının bu gün uşaqların həyatında nə dərəcədə əhəmiyyətli rol oynaması və bu yöndə daha nələrin edilə biləcəyi haqqında danışıb.
Azərbaycan televiziya kanalları bu gün uşaqların həyatında nə dərəcədə əhəmiyyətli rol oynayır və daha nələr etmək olar?

- Texnoloji vasitələr uşaqların həyatında ciddi rol oynayır. Əgər biz 10-15 il əvvəllə müqayisə etsək, bu gün televiziyanın rolu nisbətən aşağı səviyyədədir, amma uşaqların telefon, planşet və digər bu kimi vasitələrdən istifadəsi artıb. Televiziya bəlli bir yaşdan sonra, əsasən, məktəb yaşlarında, uşaq verilişlərinə baxanda, 8-10 yaş aralığında və yaxud yeniyetmə çağında artıq maraq yaranır. İlk olaraq uşaqların həyatında televiziya maraq doğururmu? O, tip verilişlər varmı? Uşaqlara faydalı olan informasiyalar verilirmi? Valideynlər uşaqları telekanallara yönəldə bilirlərmi? Bunların hər biri ciddi məsələlərdir. Mənə elə gəlir ki, bizdə mövcud olan yeganə, amma çox kasıb olan "Günəş" uşaq televiziyasının simasında aydın görmək olur. Verilişlər bəlli bir səviyyədə hazırlanır, amma buna daha ciddi əhəmiyyət vermək, auditoriyanı araşdırmaq, sosioloji sorğular aparmaq, valideynlərlə söhbət etmək lazımdır. Bunların hər biri ciddi məsələlərdir, çünki yaş psixologiyasına uyğun olaraq informasiyanın verilməsi uşaqların beynində tamamilə başqa bir aləm yaradır. Bunlar üzərində çox ciddi düşünülməli, tədqiq olunmalı və müəyyən qərarlar qəbul olunmalı məsələlərdir.

Nuray Mürsəlova









 

Paylaş
Şərh əlavə et