Bu gün:

"Ata alimentdən o zaman azad olur ki…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı hüquqşünas Zaur Seyidzadədir.  O, boşanma zamanı atanın hansı hallarda alimentdən azad oluna biləcəyi barəsində danışıb.


Boşanma zamanı ata alimentdən nə vaxt azad oluna bilər?

Atanın alimentdən azad olduğu bir neçə məqam mövcuddur. 18 yaşı tamam olan uşaqların valideynləri boşanan zaman ata alimentdən azad olur. Bundan əlavə, əgər ana uşaq üçün aliment tələb etməzsə, bu zaman da ata alimentdən azad olur. Atanın və ya ananın hansısa birinin birinci qrup əlilliyi varsa, boşanma zamanı əlil tərəf qarşı tərəfdən özü üçün ayrıca aliment tələb edə bilər. Belə bir situasiyada əgər əlil olan atadırsa, bu məqamda da ata alimentdən azad olur.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et