Bu gün:

Qara qutu nədir?


Hər bir təyyarədə olması məcbur olan, uçuş prosesini qeyd edən qurğudur. Uçuşla bağlı bütün məlumatlar xüsusi alqoritmlə qara qutuda qeyd olunur. Məşhur yanlış bilinən məlumatlardan biri qara qutunun qara rəngdə olmasıdır, lakin bu cihazlar əsasən parlaq narıncı rəngdədir. Ən ekstremal vəziyyətlərə və qəzalara davamlı olan qara qutular, qeyd olunan strukturları ilə aviasiya tədqiqat sənayesinin ən xüsusi alətlərindən biridir.

Qara Qutunun istifadəsi:

Qara qutu təyyarə qəzalarını başa düşməyə və təcrübə qazanmağa kömək edir. Cihazın ilk istifadəsi 1947-ci ilə təsadüf edir. 1958-ci ildən sonra onun təyyarələrdə istifadəsi Mülki Aviasiya Şurası tərəfindən məcburi hala gətirildi.


Qara qutuda təyyarə ilə bağlı hər cür məlumat və söhbətlər saxlanılır. Qara qutular olduqca yaxşı mühafizə olunur, bir çox çətin şərtlərə baxmayaraq, onları qəzadan günlərlə sonra da qorumaq mümkündür. Sərnişin təyyarələrindəki qara qutular 90 gün ərzində dəniz vasitəsilə siqnal göndərə bilir. Orta hesabla 5 kilo ağırlığında olan qara qutular dəniz suyu ilə qarşılıqlı əlaqədə olduqda aktivləşir və siqnallar yaymağa başlayır. Beləliklə, qəzaya uğrayan təyyarənin yerini axtaran istənilən komanda onu hətta dənizin altında da tapa bilər.


Pilotların danışıqları qara qutuya yazılır. Bu yolla müstəntiqlər pilotların son söhbətlərini dinləyə bilərlər. Ancaq bu, hər qara qutu üçün doğru deyil. Bəzi qara qutular yalnız təyyarə ilə bağlı məlumatları qeyd edir, digərləri isə hər iki işi yerinə yetirir.


Qara qutular toqquşmanın təsirini minimuma endirmək üçün nəzərdə tutulub. Bu məqsədlə onlar təyyarənin quyruq hissəsinə yerləşdirilir.


Qara qutu qranit kimi möhkəm şəkildə hazırlanmışdır. Hətta 1100 dərəcə Selsi temperaturunda da struktur bütövlüyü müəyyən müddət ərzində toxunulmaz qala bilir. Qara qutular təyyarələrə quraşdırılmazdan əvvəl bir çox təhlükəsizlik sınaqlarına məruz qalır. Təyyarələrdə yalnız bu təhlükəsizlik testlərindən keçə bilən qara qutulardan istifadə edilir.


Qara qutu köhnə texnoloji cihaz olsa da, bu gün də eyni prinsiplə işləyir. Kokpitdəki son 2 saatlıq danışıqlar, eləcə də təyyarənin son 25 saatının məlumatları cihaz tərəfindən qeydə alınır.

Mənbə: Pegasus

Tərcümə etdi:Sona Adgözəlova

Paylaş
Şərh əlavə et