Bu gün:

"Avtomobili yolun hərəkət hissəsində saxlamağın cəzası..."


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı vəkil Babək Həmidovdur. O, avtomobili yolun hərəkət hissəsində saxlamağın cəzası barəsində danışıb.


Avtomobili yolun hərəkət hissəsində saxlamağın cəzası nədir?

- Ümumiyyətlə, yol hərəkət qaydalarına görə, avtomobillər yalnız onların dayanması və durması üçün nəzərdə tutulan yerlərdə dayana bilər. Avtomobil yolun hərəkət hissəsində saxlanan zaman dayanma-durma qaydaları pozulur. Avtomobili yol hərəkət hissəsinin dayanma-durma üçün nəzərdə tutulmayan yerlərində dayandırmağa, həmin yerlərdə avtomobili hərəkətsiz vəziyyətdə saxlamağa, aidiyyatı yol polisi tərəfindən inzibati-xətalar məcəlləsinə görə 20 manat cərimə nəzərdə tutulub. O cümlədən, konkret olaraq avtomobil yol hərəkət zolağında (orta və ya sol) saxlanılıbsa və bu digər avtomobillərin kəskin tormuzlanmasına, ani manevr etməsinə səbəb olursa, bu qəsdən qəza vəziyyəti yaratmaq hesab olunur. Həmin avtomobilin sahibi inzibati xəta ilə cəzalandırılır.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et