Bu gün:

Bill Uizers


Bill Uizers Qərbi Vircinyada təxminən 200 sakini olan şəhərdə dünyaya gəlib. Altı uşağın ən kiçiyi olan Bill kömür mədəninin yaxınlığında böyüyüb. 17 yaşında Hərbi Dəniz Qüvvələrinə qəbul olması onun səfil həyatında dönüş yaratdı.
Uizers 1967-ci ildə Los-Ancelesə köçür. "Watts 103rd Street" qrupunun üzvü Rey Ceksonun aranjimançı və klaviatura ifaçısı kimi xidmət etdiyi, özünü maliyyələşdirdiyi demoları Ceksonu Forrest Hamiltonla tanış etməyə vadar etdi. Daha sonra Bill debüt albomunun istehsalı üçün bu tanışlıqdan istifadə etdi. Həmçinin bu münasibət "Just As I Am with Grammy" mükafatına layiq görülmüş "Ain't No Sunshine" və çox sevilən "Nənəmin Əlləri" albomunun əsasını qoydu.

Rolling Stone jurnalı tərəfindən "daş ruhun şah əsəri" kimi adlandırılan ikinci albomu ilə Bill şöhrətin zirvəsinə qalxmağa başladı.

1974-cü ildə + 'Justments'ın buraxılmasından sonra , Uizers Kolumbiya ilə müqavilə imzalamaq üçün Sussex ilə əlaqələrini kəsdi. 1975-ci ildə Making Music, Making Friends kimi işləri ilə daha çox klassikləri xatırladırdı.

1976-cı ildə Naked & Warm , övladlığa götürdüyü evinə, "City of the Angels"a səssiz sevgi mahnısı ilə; 1977-ci ildə Menagerie , çox əhatə olunmuş "Lovely Day" və 1979-cu ildə "Bout Love" və ən yaxşı 30 R&B sinqlı olan "Don't It Make It Better" mahnısı ilə dünya çü musiqisinin top 10-luqlarında səslənirdi.

Bu günə qədər bilinən və sevilən ən məşhur mahnısı "Just the Two of Us" isə həqiqətən də karyerasının zirvəsidir. Bundan sonra Uizers Ən Yaxşı R&B Mahnısı mükafatını və  dörd Grammy nominasiyasını qazandı.

1984-cü ildə növbəti dəfə Grammy mükafatını qazandı və 1985-ci ildə Kolumbiya üçün son layihəsi olan Watching You, Watching Me və R&B chart sinqlı "Oh Yeah" işlənib hazırlandı.


1988-ci ildə “Lovely Day (Sunshine Mix)” remiksi Britaniya hit-paradlarında 4-cü yerə yüksəldi və Bill Britaniyanın ən məşhur şousu Top of the Pops- da çıxış etdi. Həmçinin həmin il Bill Club Nouveau-nun “Mənə söykənin”  mahnısına görə üçüncü Qremmi (və doqquzuncu nominasiya) ilə mükafatlandırıldı.

Müğənni 3 aprel, 2020-ci ildə Los-Ancelesdə ürək xəstəliyindən dünyasını dəyişib.

“Anlaya bildiyim və hiss etdiyim hər şeyi yazır və oxuyuram. Mənə elə gəlir ki, dünyaya güzgüdən baxmaqdansa, pəncərədən baxmaq daha yaxşıdır. Yoxsa gördüyün tək şey özünü və arxandakılad olar."
- BW

Mənbə: billwithers.com


Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et