Bu gün:

"Mağazalarda 1,3,5 qəpikləri qəbul edilmədiyi zaman…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı iqtisadçı ekspert Xalid Kərimlidir. O, vətəndaşların bəzi hallarda mağazalarda üzləşdikləri qəpik problemi haqqında danışıb.

-Bəzən mağazalarda alış-veriş zamanı 1,3,5 qəpiklərin qəbul edilmədiyinin şahidi oluruq. Bu zaman vətəndaş nə etməlidir? 

İstehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin tabeliyində istehlak bazarlarına nəzarət və anti-inhisar xidməti fəaliyyət göstərir. Onlar inzibati şəkildə mağazalarda istehlakçıların hüquqlarını qoruyur, vətəndaş belə hallarla üzləşdikdə onlara müraciət etməlidir. Əgər bu inzibati qurum vətəndaşın işinə müsbət cavab verməsə və ya qurumun cavabı vətəndaşı qane etməsə, vətəndaş ərazi üzrə məhkəməyə müraciət edərək öz haqlarını müdafiə edə bilər.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et