Bu gün:

Göbələyin hansı faydaları var?


Göbələklər təbiətdəki qida dövranını təmin edən mühüm canlılardır. Onlar demək olar ki, hər yerdə böyüyə bilər, meşələrdən çəmənliklərə, səhralardan qayalı ərazilərə qədər. Göbələk növləri çoxdur. Zəhərli növlərlə yanaşı yeməli növlər də var. Göbələklər də müalicəvi xüsusiyyətlərə malikdir.

Göbələyin sağlamlığa faydaları nələrdir?

Göbələklər immunitet sistemini gücləndirir, hüceyrə qocalması ilə mübarizə aparır, xolesterolu aşağı salır, maddələr mübadiləsini və bağırsaq sağlamlığını dəstəkləyir. Bütün bunlar həm də göbələyin tərkibində yaxşı minerallar, lif və vitaminlər olması, həmçinin antioksidant xüsusiyyətlərə malik maddələrlə zəngin olması ilə bağlıdır.

Tərkibində az kalori və yağ olduğu üçün göbələk arıqlamaq istəyənlər üçün də uyğundur. Bundan əlavə, onun yüksək beta-qlükan tərkibi toxluğu artırır və hər şeydən əvvəl qanda xolesterinin (həm yaxşı, həm də pis) səviyyəsini nəzarət altında saxlamağa kömək edir.
Göbələklərdə olan xitin adlı karbohidratı həzm etmək çətindir. Buna görə də həzm sistemindən keçmək üçün çox vaxt lazımdır. Asan həzm olunan qidalarla tez yaranan aclıq hissi, göbələk istifadə edildikdə daha yavaş meydana gəlir.

Göbələyin tərkibində qan şəkərini və qan lipid səviyyəsini aşağı salan, yaraların sağalmasını sürətləndirən, hətta xərçəng və immun xəstəliklərinə qarşı güclü təsir göstərən müxtəlif maddələr var. O, həmçinin antibakterial və kortizon kimi təsirə malikdir və bədəndəki iltihab səviyyəsini azaldır.

Göbələklərdə yüksək miqdarda protein var. 100 qram göbələkdə orta hesabla 3,3 qram protein var. Buna görə də ət ilə qidalanmanı  azaltmaq istəyənlər, vegetarianlar və veganlar üçün dadlı və dəyərli bir alternativdir.

Göbələk istifadə edərkən nələrə diqqət edilməlidir?

Göbələk allergiya və zəhərlənmə riski yüksək olan qidalar sırasındadır. Bundan əlavə, göbələklərin tərkibində həzm edilməsi çətin olan bəzi maddələr ola bilər, ona görə də çoxlu və tez-tez yeməkdən
çəkinmək lazımdır. Göbələk növləri yaxşı bilinmirsə, yabanı halda toplanan göbələklərin istifadəsi təhlükəli ola bilər. Təkcə zəhərli göbələklər deyil, düzgün bişirilməmiş yeməli göbələklər də allergiyaya səbəb olmaqla sağlamlıq üçün təhlükəli ola bilər. Bu, ürəkbulanma, qusma, ishal və qarın ağrısı kimi mədə pozğunluqlarına səbəb ola bilər.

Mənbə: Memorial 

Tərcümə etdi: Nuray Mürsəlova
Paylaş
Şərh əlavə et