Bu gün:

“Gizli əldə edilən səs və video yazılar…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi vəkil Babək Həmidovdur. O bildirib ki, gizli çəkilən səs yazısı və ya video yazı məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilər.


-Hansı hallarda gizli çəkilən səs yazısı və ya video yazı cinayət xarakteri daşımır?



Ümumi qaydalara görə, səs yazısı və video yazının daşıdığı məlumat onun cinayət xarakteri daşımasına təsir edir. Gizli qeydlər o zaman cinayət xarakteri daşıyır ki, həmin qeyd şəxsin özəl həyatına, ailə həyatına o cümlədən ailə sirlərinə aid olsun. Xüsusilə, bu məlumatların yayılması, yayılmasına dair hədə, qorxu halları istisnasız cinayət məsuliyyəti daşıyır. Gizli qeydlərin cinayət məsuliyyəti daşımaması o halda ola bilər ki, şəxsin ictimai və ya qulluq mövqeyi ilə bağlıdır və ictimai yerdə əldə edilib. 

Xüsusilə, gizli əldə edilən səs və video yazılar cinayət hadisəsinin ifşası ilə əlaqəlidirsə və cinayət əməlinin ifşası məqsədi ilə məhkəməyə təqdim edilirsə, onların doğruluğu və qaydaya uyğunluğu sübut edildikdən sonra mötəbər sübut kimi istifadə edilə bilər.


Şəms Ajakh

Paylaş
Şərh əlavə et