Bu gün:

Dünyanın ən yaşlı adamının uzun ömür sirri


Dünyanın ən yaşlı adamının uzun ömür sirri

117 yaşını qeyd edən dünyanın ən yaşlı insanı Maria Branyas Morera uzun ömür sürməyin sirrini açıb.

Dünyanın ən yaşlı insanı Maria Branyas Morera dünən 117 yaşını qeyd edib. 4 mart 1907-ci ildə ABŞ-da anadan olan, lakin gənc yaşlarında ailəsi ilə birlikdə Kataloniyaya köçən Morera, keçən il 118 yaşlı qoca fransız Lucile Randonun ölümü ilə "Ən yaşlı insan" olaraq Ginnesin Rekordlar Kitabına düşmüşdü. 23 ildir qaldığı qocalar evindən verilən açıqlamada Maria Branyas Moreranın ona göstərilən diqqətdən çox məmnun olduğu bildirilib. Moreranın uzun ömür sürməsinin sirrini öyrənmək üçün yaşlı qadının üzərində tibbi müayinələr aparan alim Manel Esteller, Moreranın çox yaxşı yaddaşa malik olduğunu və ürək-damar probleminin olmadığını ifadə edərək əlavə edib  “Ailəsində 90 yaşını keçmiş insanlar var təbii ki, genetik olaraq şanslıdırlar." Elm adamları Morera üzərində apardıqları araşdırmalarla qocalmanı yavaşladan genləri müəyyən etməyi hədəfləyirlər. Hesabından "Sabahınız xeyir dünya. Bu gün 117 yaşım olur. Buralara qədər gəldim" mesajını paylaşan Morera uzun yaşamağın sirrini sakit və nizamlı yaşam, ailə və dostlarla münasibətlər, təbiətlə əlaqə qurmaq, emosional güc, pozitiv düşüncə və toksik insanlardan uzak durmaq olaraq ümumiləşdirib.

Mənbə: Sözcü

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et