Bu gün:

Uşaqlarda nitq geriləməsinin səbəbləri


Uşağın danışmağa başlaması, deyəcəyi ilk sözlər valideynlər üçün olduqca önəmli məqamdır, lakin körpələrdə  səs boğuqluğu və ya danışma pozğunluqları kimi hallar müşahidə edilə bilər.

Uşaqlarda danışmağa başlamağın gecikməsinin və pozulmasının ən əhəmiyyətli səbəblərindən biri eşitmə itkisidir. Eşitmə itkisi anadangəlmə ola və ya sonradan inkişaf edə bilər. Eşitmə problemi orta qulaq, xarici qulaq, daxili qulaq və eşitmə kanallarının zədələnməsi nəticəsində yaranan haldır. Bu, uşağın danışma pozğunluğuna da səbəb ola bilər.

Uşaqlarda danışma pozğunluğu nədir?

Uşaqlarda danışma pozğunluqları kəkələmə, səs ritminin pozulması və gecikmiş nitq kimi 3 qrupa bölünür:

1. Kəkələyən uşaqlar səsləri təkrarlamaqda çətinlik çəkir, səlis danışa və sözləri tam deyə bilmirlər. 

2. Səs-ritm pozğunluğu olan uşaqların səsləri düzgün tələffüz etməməsi və ya sözləri düzgün tələffüz etməməsi ilə bağlı problemləri ola bilər.

3. Gecikmiş nitqdə uşaq gözlənilən yaşa uyğun dili istifadə edə bilməz. Belə uşaqlarda söz ehtiyatının zəifliyi ən çox görülən haldır. Bu tip problemi olan uşaqlar özünü ifadə edərkən şifahi nitq yerinə bədən dilindən istifadə edirlər. Uşaqlarda nitq inkişafı 3 yaşına çatmasına baxmayaraq hələ də danışa bilmirsə, bu vəziyyəti gecikmiş nitq adlandırmaq olar. Gecikmiş nitq ciddi bir problemə çevrilə bilər. Ona görə də, Belə hallarda heç vaxt laqeyd yanaşılmamalıdır.

Uşaqlarda hırıltı simptomlarına udma çətinliyi, səs keyfiyyətinin pisləşməsi, səsin qalınlaşması və ya incəlməsi, boğaz ağrısı, batma, yanma və nəfəs darlığı aiddir. Bu simptomlar bir uşaqda 1 həftədən çox davam edərsə, qanlı öskürək və boğazda yumru nəyinsə olduğu hiss olunarsa gecikmədən bir mütəxəssislə məsləhətləşmək lazımdır.

Danışıq pozğunluqları və səs xəstəlikləri necə müalicə olunur?

Səs pozğunluğu olan bir uşağı qiymətləndirərkən və müalicə edərkən multidisipliner bir yanaşma vacibdir. Qrup işinə səs terapiyası üzrə ixtisaslaşmış bir otorinolarinqoloq, danışma və dil terapevti daxil olmalıdır. Mövcud patoloji hadisənin diaqnozu, müalicəsi və cərrahi müdaxiləsini otorinolarinqoloq öz üzərinə götürür. Bunula yanaşı uşaq nevroloji cəhətdən də müayinə olunmalıdır. 

Mənbə: Britannica.com 

Tərcümə etdi: Aytac Musayeva 


Paylaş
Şərh əlavə et