Bu gün:

John Atkinson Grimshaw kimdir?


1836-1893-cü illərdə yaşamış ingilis rəssamı John Atkinson Grimshaw ay işığında gecə həyatını təsvir etdiyi rəsmləri ilə tanınır. James Mcneil Whistlerin bir dəfə dediyi kimi:

“Ay işığında Grimminin şəkillərini görənə qədər özümü gecənin ixtiraçısı hesab edirdim.”

John Atkinson Grimshaw  haqqında bəzi məlumatlar:

6 oktyabr 1836-cı ildə İngiltərənin Yorkshire şəhərində anadan olub.

Birinci dərəcəli qohumu olan  Francis Hubbard ilə evləndi.1861-ci ildə, 24 yaşında, rəssam olmaq üçün dəmir yolunda katiblik işindən ayrıldı. Valideynləri onun seçimini bəyənmədilər, amma indi geriyə baxanda düzgün qərar verdiyini görərlər.

Rəssamlığı təkbaşına öyrənsə də, inkişafı olduqca sürətli idi.

Bir çoxu natürmortlara bənzəyən əsərlərinin ilk sərgisini 1862-ci ildə təşkil etdi.

1870-ci ilə qədər tədricən sənət cəmiyyətində  adı oldu . Həm də 17- ci əsrin əvvəllərində inşa edilmiş Scarbrough-da bir ev icarəyə götürmək üçün kifayət qədər uğurlu oldu. Bu evdən bəhs etmək üçün Henry Longfellonun şeirindən ilhamlanan “dəniz kənarındakı qala” ifadəsini istifadə etdi.

Sahil qalasındakı Sahil qəsəbəsinin həyatı Grimshaw-ın ən yaxşı əsərlərindən bəzilərinə ilham verdi, dövrün bir çox rəsmində gəmilər  və dəniz yumşaq gecə ay işığında tez-tez təsvir edildi.

Üç övladını itirdiyinə dair bəzi sübut olunmamış məlumatlar var. Səbəbi bilinmir, lakin 1880-ci illərdə bəzi iqtisadi çətinliklər yaşadı.

Karyerasının sonlarına yaxın müxtəlif mövzularda təcrübələr apardı, bəzən hətta pəri obrazlarını canlandırdı. 1893-cü ildə xəstəlikdən öldü.


Mənbə:sanatlaart

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et