Bu gün:

Frederik Edvin Church kimdir?


Amerika Hudson River School rəssamı Frederik Edvin Church 1826-cı ildə Konnektikut ştatının Hartford şəhərində anadan olub. Zəngin bir ailədən olan Frederik Edvin Church, ailəsinin zənginliyi sayəsində gənc yaşlarından sənətə olan marağını qoruya bildi. 18 yaşında Nyu-Yorkda Thomas Cole-un tələbəsi oldu.

1849-cu ilin may ayında Milli Dizayn Akademiyasına kiçik köməkçi olaraq qəbul edildi.

1850-ci ildə Akademik vəzifəsinə yüksəldi. Hudson River  məktəbinin ən görkəmli sənətkarlarından biri olan Church Amerika mənzərə rəsminə əhəmiyyətli töhfələr verdi.

Hartfordda qısa müddət ərzində iki yerli sənətçi Alexander Hamilton Emmons və Benjamin Hutchins Coe ilə çalışdı. Daha sonra Nyu-Yorka gedən sənətçi Thomas Cole ilə eyni evdə çalışdı və dostluqları həyatları boyunca davam etdi.

Rəssam əsərlərində parlaq və canlı  rənglərdən istifadə edərək təbiətlə iç-içə olan ekzotik və maraqlı obrazları təsvir etmişdir.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et