Bu gün:

Eugene Remy Maes kimdir?


Belçikalı rəssam Eugene Remy Maes 1849-cu ildə Bornem yaxınlığındakı Puursda anadan olub. Brüssel Gözəl Sənətlər Akademiyasında təhsil almışdır. Burada detallı bir fırçanı müşahidə etməyi və istifadə etməyi öyrəndi.

Həyatı boyunca əsərləri çox populyarlaşdı və ciddi pərəstişkarları qazandı. Onun dövründə  heyvanları ilə işləyən bir çox yaxşı sənətkar var idi, lakin Maesin detalları çox inkişaf etmişdi.

İşində heyvan tüklərinin toxumasına nüfuz etməyi bacardı və onlara insani keyfiyyətlər verdi.

İşində qoyunlara, mal-qaraya, xırda mal-qaraya, lakin əsasən quşçuluğa-  göyərçinlər kimi quşlara diqqət yetirdi. Bəzi rəsmlərində David Cole, Gerard Portelier və Lan Portelier kimi sənətçilərlə əməkdaşlıq etdi.

Əsərlərinin əksəriyyəti sənət satıcıları Albert D ‘ Yuvetter və oğlu Albert tərəfindən satıldı.. Rəssam bəzən Ermaes və Theo Van Sluys kimi təxəllüslərdən istifadə edirdi.

Mənbə: istanbulsanatevi

Tərcümə etdi: Aysu Əsədova

Paylaş
Şərh əlavə et