Bu gün:

Okean və dəniz suları niyə duzludur?



Okeanlarda və dəniz sularında duzun mənbəyi yer üzündəki qayalardır. Karbon turşusu atmosferdəki karbon qazı suda həll edildikdə əmələ gəlir. Buna görə yağış suyu zəif turşudur. Bu xüsusiyyətinə görə yağış suları süxurlarla qarşılıqlı əlaqədə olduqda süxurların aşınmasına səbəb olur və nəticədə elektrik yüklü hissəciklər olan ionlar əmələ gəlir.

Çayların daşıdığı ionlar dənizlərə və okeanlara çatır. İonların çoxu suda yaşayan canlılar tərəfindən istifadə edilsə də, qalan hissəsi suda həll olunmuş halda qalır.


Dəniz suyunu qidalandıran çaylar şirin su mənbəyi olsa da, dəniz suyunun niyə duzlu olması sualı yarana bilər. Su "su dövrü" adlanan bir prosesdə atmosfer və yer arasında davamlı olaraq hərəkət edir. Bu prosesdə Günəşdən gələn enerji dəniz səthindəki saf suyun buxarlanmasına və atmosferə qarışmasına, həll olmuş ionların isə suda qalmasına səbəb olur. Bu səbəbdən dəniz və okean sularında duz konsentrasiyası zaman keçdikcə artır. Okeanlarda və dəniz sularında digər duz mənbəyi sualtı vulkanlardır ki, onlar maqma strukturunda suyun ərimiş qaynar süxurlarla qarşılıqlı təsiri nəticəsində yaranır.

Okeanların və dəniz sularının duzluluğu təxminən 3,5% təşkil edir. Yer kürəsinin 70%-nin su ilə örtüldüyü nəzərə alınarsa, dənizlərdə duzun miqdarının 150 metr qalınlığında təbəqə ilə Yerin bütün səthini örtəcək qədər yüksək olduğu görülür.

Mənbə: TÜBİTAK Bilim Genç

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et