Bu gün:

Abituriyentlər imtahanda nələrə diqqət etməlidir?


24media.az-ın “1 sual, 1cavab” rubrikasının növbəti qonağı Təhsil eksperti Elçin Süleymanov abituriyentlərə məsləhətlər verdi. 

26 may Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə keçiriləcək blok imtahanı yaxınlaşır. Sizcə, abituriyentlər imtahanda nələrə diqqət etməlidir?


İlk növbədə abituriyentlər imtahana rahat getməlidirlər. Çünki, bu imtahan ilk cəhddir. Təkrar ikinci şans olacaq. İkincisi, onu qeyd edim ki, bu imtahan təkrar imtahandan fərqli olaraq daha sərin havadadır. Hava durumu abituriyentləri narahat etməyəcək. Həmçinin, gec qalma stresindən uzaq olmaq üçün imtahan binasına tez getməlidirlər. Şagirdlər özləri tövsiyyələrə əməl etsələr, rahat şəkildə imtahan verə biləcəklər. Tövsiyələrim ondan ibarətdir ki, ilk olaraq abituriyentlər imtahan müddətini səmərəli istifadə etsinlər. Asan hesab etdikləri sualları daha tez cavablandırıb vaxt qazana bilərlər. Əvvəldən sual üçün çox vaxt xərcləmək uğursuz nəticələnir. Növbəti tövsiyəm isə odur ki, rahat geyimlərə üstünlük verməlidirlər. İmtahanda onları narahat edən, sıxan geyimlərdən uzaq durmalıdırlar. 

Ən əsası isə Dövlət İmtahan Mərkəzinin də buraxılış vərəqində qeyd etdiyi qaydalara riayət edilməlidir. 

Eyni zamanda valideynlər də uşaqları stressə salmamalıdır. Övladlarınızı sahiblənin, onların uğur və ya uğursuzluqlarını qəbul edə bilin. Valideynlər uşaqları rahatlatmalı, əgər imtahanda uğursuz olarsa bunu dünyanın sonu kimi düşünməməlidir. Yeni imkanlar, yeni imtahanlar həmişə olacaq. Artıq həm ali təhsil ocaqlarında yerlər, həm də dövlət sifarişli təhsillər yetəri qədər artır. 

Mən də öz adımdan bütün abituriyentlərə uğurlar diləyirəm.


Aytac Bəxtiyarlı

Paylaş
Şərh əlavə et