Bu gün:

Qətiyyətli qadın milyonların gələcəyinə təsir edə bilər? (Rosa Parks)


Rosa Parks, Marie Curie və Malala Yousafzai kimi adlar təkcə öz həyatlarını deyil, həm də bu günümüzü formalaşdıran mühüm şəxsiyyətlər olub.

Parks avtobus oturacağından qalxmaqdan imtina edərək, qızların təhsil hüququ uğrunda mübarizəsi ilə bütün dünyada rezonans doğurub.

Curie qadınların elm aləmində yeri olmadığı bir dövrdə işləyib. İşinin mərkəzi olan radiasiyaya görə səhhətində problemlər yaranıb. Bununla belə, xərçəngin müalicəsində istifadə edilən radioterapiyanın və bugünkü rentgen cihazlarının əsasını qoyub.

Onların hekayələri bizə qadının istədiyi zaman nəyə nail ola biləcəyini göstərib. Bu gün onları yad etməklə qadınların potensialının nə qədər qeyri-məhdud olduğunu bir daha xatırlatmaq istəyirik. Çünki qeyd etdiyimiz adlarla yanaşı, hər gün gücünü göstərən qadınlar da az deyil. Onlar evdə, işdə və sosial sahədə aparıcı rollar alırlar.

Mənbə: Evrimagacıofficial

Tərcümə etdi: Günay Məmmədova

Paylaş
Şərh əlavə et